11/28/2018

Vilyam Şekspir - Hamlet








Yukle.Indir.Download











BİRİNCİ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Elsinor. Qəsrin önündə bir meydan. Fransisko keşikdə dayanıb. Bernardo ona yaxınlaşır.
Bernardo. Orda kim var?
Fransisko. Dayan, sən özün kimsən?
Bernardo. Yaşasın kral!
Fransisko. Bernardo?
Bernardo. Mənəm.
Fransisko. Növbənə gəlmisən lap öz vaxtında.
Bernardo. Gecə yarı oluıb, get yat, qardaşım.
Fransisko.
Çox sağ ol ki, məni əvəz elədin.
Donmuşdum, qəlbim də bərk darıxırdı.
Bernardo. Növbən necə oldu, sakit keçdimi?
Fransisko. Gözə görünmədi bir siçan belə.
Bernardo.
Yaxşı, xudahafız, di get, əzizim.
Sonə rast gəlsələr Horatsio, Marsel,
Tələsdir, növbəyə gecikməsinlər.
Fransisko. Deyəsən, onlardır. Dayanın, kimdir? (Horatsio ilə Marsel daxil olurlar).
H o r a t s i o. Vətən oğulları. M a r s e 1. Kral nökərləri. Fransisko. Mən getdim, hələlik.
M a r s el .
Yaxşı yol, dostum.
Yerində kim qaldı?
Fransisko.
Odur, Bernardo.
Sağ olun, gecəniz xeyrə qalsın.
Gedir.

0 Şərh:

Yorum Gönder

Fikir bildirin....

 

Pulsuz Kitablar Published @ 2014 by Ipietoon